9 C
Baku
Sunday, November 17, 2024

Natiq Həsənov: “Reklam gəlirləri üç dəfəyə qədər artıb”

2022-ci ildə reklam gəlirlərinin miqdarı təxminən 144 milyon manat civarında olub. Son illərin statistik göstəricilərinə baxsaq, görərik ki, kifayət qədər dinamik inkişaf müşahidə olunur. Həmin göstəriciləri 6 il bundan əvvəlki dövrlə müqayisə etsək, üç dəfəyə qədər artım olduğunu müşahidə etmiş olarıq.

Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən ilin gəlirlərini ölçməyə çalışsaq, reklam gəlirlərinin ümumdaxili məhsulda payı 0.1 faiz təşkil edib: “Bu, o deməkdir ki, qarşımızda bu sahənin inkişafı üçün kifayət qədər potensial imkanlar mövcuddur. Son dövr ərzində bu sahədə institusionallaşma, xüsusilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin fəaliyyəti, eyni zamanda, bu sahədə fəaliyyət göstərən təsərrüfat, sahibkarlıq subyektlərinin təşkilatlanması, bir növ onların assosiasiyalarda birləşməsi, hansısa birliklərdə təmsil olunması bu potensialın reallaşdırılması üçün kifayət qədər geniş zəmin yaradacaq”.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər