“Bank Respublika” ASC-nin əsas səhmdarı Natiq Quliyevin bankdakı payı 51%-in üzərinə keçib, ailə üzvlərindən bankı
Banker.az bildirir ki, N.Quliyevin bankdakı payı ötən ilin əvvəlinə qədər 43.96% təşkil edirdi. Hazırda isə 51.15% təşkil edir ki, bu səhmlərin ümumi nomnal dəyəri 37.57 mln. manat olması deməkdir.
Əsas səhmdarın bacısı Sevda Quliyevanın 7.41%, atası Saday Quliyevin 7.32% və ailə üzvü Mariya Quliyevanın 7.17% payları əsas səhmdara və onun qardaşlarına ötürülüb.
Belə ki, qardaşı Elçin Quliyevə atasından qalan səhmlərlə payını 7.74%-dən 15.06%-ə, Namiq Quliyev isə bacısından 7.41% pay almaqla yeni səhmdara çevrilib. Əsas səhmdar Natiq Quliyevə isə payın ailənin digər üzvi olan Maria Quliyeva tərəfindən ötürülüb. Bununla da Banker.az-ın 2019-cu ildə tərtib etdiyi siyahıya əsasən, Natiq Quliyev ölkənin 8-ci ən böyük fiziki şəxs olan səhmdarıdır.
Xatırladaq ki, “Bank Respublika”nın səhmlərinin hər birininin nominal dəyəri 2.45 manat təşkil etməklə, səhm kapitalının ümumi həcmi 73.46 mln. manatdır.
Bankın kapitalında iki Almaniya şirkəti olan səhmdardır. Bura 16.60% – DEG İnvestisiya vəə İnkişaf Korporasiyası və 4.25% – Sparkassen Internatıonal Development Trust Şirkətidir.
Digər səhmdar hazırda Müşahidə Şurasında sədr olan Şakir Rəhimovdur. Onun bankda payı 5.45% təşkil edir.
Məlumat üçün bildirək ki, mülkü məcəlləyə görə səhmdar cəmiyyətin səhmdarının payı 5%-dən yuxarı olduqda, o, səsvermə hüqu