NATO 2025-ci ildə Ukraynaya müdafiə ehtiyacları üçün ən azı 40 milyard avro ayırmağı planlaşdırır, alyansın Vaşinqtonda keçirilən sammitin yekunlarına dair bəyanatında deyilir.
“Biz gələn il ərzində minimum 40 milyard avro məbləğində əsas maliyyələşdirməni, eləcə də davamlı təhlükəsizlik yardım səviyyəsini təmin etmək niyyətindəyik”, – bəyanatda deyilir.
Bəyannamədə həmçinin deyilir ki, NATO Kiyevi “avro-atlantik inteqrasiya yolunda” dəstəkləyəcək. Sənəddə qeyd olunur ki, NATO xarici işlər nazirləri müntəzəm olaraq Ukraynanın apardığı islahatların gedişatını qiymətləndirəcəklər.