NATO ölkələri Ankarada keçirilən sammitin yekun bəyannaməsini qəbul ediblər. Sənədin mətni alyansın mətbuat xidməti tərəfindən rəsmi internet səhifəsində dərc olunub.
Sənəddə deyilir: “Müttəfiqlər 2026-cı il üçün Ukraynaya hərbi texnika, yardım və təlim məqsədilə 70 milyard avro ayırmağı öhdələrinə götürür və 2027-ci ildə də ən azı eyni səviyyədə dəstəyi davam etdirmək barədə suveren öhdəliklərini təsdiqləyirlər”.
Bəyannamədə həmçinin qeyd olunur ki, Ukrayna “transatlantik təhlükəsizliyə töhfə verir və müttəfiqlər Ukraynanın azadlığını, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək istiqamətində sarsılmaz dəstəklərini yekdilliklə ifadə edirlər”. Yardımın böyük hissəsi Avropa ölkələri və Kanada tərəfindən ikitərəfli və çoxtərəfli dəstək mexanizmləri vasitəsilə göstərilir. Sənəddə vurğulanır ki, bu yardım “ədalətli, proqnozlaşdırıla bilən və uzunmüddətli perspektivdə davamlı” olmalıdır.







