25 C
Baku
Monday, June 23, 2025

NATO 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5%-dək artıracaq

NATO ölkələri bazar günü Haaqada keçiriləcək alyansın sammiti ilə bağlı razılığa gəliblər. “Reuters” diplomatlara istinadən xəbər verir ki, toplantıda 2035-ci ilə qədər hər il ÜDM-in 5%-nin müdafiə və təhlükəsizliyə xərclənməsi hədəfi qoyulub.

Diplomatların sözlərinə görə, bəyanat NATO-nun 32 üzvünün hamısının təsdiqini alıb və ABŞ prezidenti Donald Tramp da daxil olmaqla, NATO liderləri tərəfindən təsdiq edildikdən sonra rəsmiləşəcək.

Qərar Avropa ölkələrini ənənəvi çəkindirmə və müdafiə üçün məsuliyyəti öz üzərinə götürməyə dəfələrlə çağıran ABŞ prezidenti Donald Trampın təzyiqi ilə qəbul edilib. Qeyd edək ki, hazırda ÜDM-in 2%-i müdafiəyə xərclənir.

Bununla belə, yeni öhdəliklərlə razılaşmayanlar da var. Agentliyin məlumatına görə, İspaniyanın Baş naziri Pedro Sançes 5%-lik hədəfə nail olmaq üçün məsuliyyəti öz üzərinə götürməkdən imtina edib. Qeyd edək ki, NATO-nun Haaqa sammiti 24-25 iyulda planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər