26 C
Baku
Saturday, July 27, 2024

NATO, Aİ və Ukrayna arasında ilk dəfə üçtəfərli görüş keçiriləcək

NATO, Avropa İttifaqı və Ukrayna arasında fevralın 21-də Brüsseldə ilk dəfə üçtəfərli görüş keçiriləcək.

Məlumatı NATO-nun mətbuat xidməti yayıb.

Bildirilib ki, NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba görüşəcək.

Bildirilib ki, görüşdə tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək yollarının müzakirəsi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər