NATO alyans qoşunlarının sürətli yerdəyişməsi üçün “hərbi Şengen” yaratmaq niyyətini açıqlayıb.
Bu barədə “Reuters” agentliyinə müsahibəsində birgə logistika komandanlığının rəhbəri, general-leytenant Aleksandr Sollfrank deyib.
O bildirib ki, “siyasi Şengen” zonasına bənzər və Avropa İttifaqının əksər ölkələrində daha sərbəst hərəkət etməyə imkan verən “hərbi Şengen” adlanan azad hərbi keçid zonasını görmək istəyir: “Hazırda NATO-nun hərbi və döyüş sursatlarının köçürülməsində milli qaydalarla bağlı problemlər var. Qüvvələrin sürətli yerləşdirilməsi, həmçinin sursat, yanacaq, ehtiyat hissələri və ərzaq təminatı çətinləşib”.