24 C
Baku
Thursday, June 30, 2022

NATO Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığını müsbət qiymətləndirir

Aprelin 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan NATO Baş Katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Banker.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Z.Həsənov nümayəndə heyətinə Azərbaycan Ordusunda aparılan islahatlar, eləcə də azad edilən ərazilərdə görülən işlər və Azərbaycan-Ermənistan dövlət sərhədindəki cari vəziyyət barədə ətraflı məlumat verilib.
O, NATO ilə qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
X.Kolomina Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığını müsbət qiymətləndirib. Bu əməkdaşlığın Azərbaycan-NATO münasibətlərinə də əhəmiyyətli töhfə verəcəyini xüsusi vurğulayıb.
Sonda ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Oxşar xəbərlər