NATO Baş katibi Yens Stoltenberq ABŞ-a səfər edəcək.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Baş katib Stoltenberq iyunun 12-13-də Vaşinqtonda səfərdə olacaq. Səfər çərçivəsində Stoltenberq ABŞ Prezidenti Co Bayden, dövlət katibi Entoni Blinken və Senatda NATO Müşahidə Qrupunun üzvləri ilə görüşəcək.