14 C
Baku
Saturday, November 23, 2024

NATO Baş katibi: “Madrid sammitində Çin yeni konsepsiyanın bir hissəsi olacaq”

Qəbul edəcəyimiz strateji konsepsiya 2010-cu illə müqayisədə dünyanın necə dəyişdiyini əks etdirir. İndiki konsepsiya 2010-cu ildə Lissabonda qəbul edilib və Rusiyanın həmin dövrdəki prezidenti Dmitri Medvedev də bu sammitdə iştirak edib.

Bu barədə NATO Baş katibi Yens Stoltenberq bildirib.

Stoltenberqin sözlərinə görə, o zaman Rusiyanın NATO-nun strateji tərəfdaşı olmasına dair razılığa gəliblər: “NATO sammitində Rusiya ilə görüşümüz olmuşdu. Və artıq indi bu mövcud deyil. Ümid edirəm ki, yeni konsepsiyamızda Rusiyanın bizim təhlükəsizliyimizə birbaşa təhdid yaratması öz əksini tapacaq”.

Stoltenberq qeyd edib ki, yeni konsepsiya yeni reallıqları əks etdirəcək: “Hazırkı konsepsiyamızda Çinlə bağlı bir cümlə də yoxdur, ancaq Madrid sammitində Çin bu konsepsiyanın bir hissəsi olacaq. Ümid edirəm ki, müttəfiqlərimiz razılaşacaq ki, Çin indi bizim maraqlarımıza, dəyərlərimizə və təhlükəsizliyimizə problem yaradır. Çin düşmən deyil, lakin biz Çinin müasir hərbi bacarıqlarına böyük investisiya qoyduğunu diqqətə alaraq, öz təhlükəsizliyimizi də nəzərə almalıyıq. Yəni, bu strateji konsepsiya həm NATO-nun, həm də dünyanın dəyişdiyini əks etdirəcək”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər