NATO-nun Baş katibi Alyansın Arktikada iştirakını zəruri hesab edir.
Stoltenberq bunu Welt am Sonntag qəzetinə müsahibəsində deyib.
“NATO-nun Arktikada iştirakını artırması zəruridir” – deyə baş katib vurğulayıb.
Stoltenberqin sözlərinə görə, Rusiya sözügedən ərazidə sovet dövrünün bazalarını bərpa edir, hipersəs sürətli silahları sınaqdan keçirir. Eyni zamanda Çin də bu regiona maraq göstərir.