9 C
Baku
Friday, December 13, 2024

NATO Baş katibi Serbiya və Kosovo liderləri ilə görüşəcək

Bu gün NATO-nun Baş katibi Yens Stoltenberq Kosovonun Baş naziri Albin Kurti və Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşəcək.

Bu barədə Alyansın rəsmi səhifəsində yazılıb.

Qeyd olunub ki, görüşlər NATO-nun Brüsseldəki mənzil qərargahında keçiriləcək.

Həmçinin liderlərin Serbiya və Kosovo arasındakı gərginliyi müzakirə edəcəkləri gözlənilir.

Bildirilib ki, görüşdən sonra mətbuat konfransı təşkil ediləcək.

Xatırladaq ki, Serbiya və Kosovo arasında gərginliyə Kosovo hökumətinin bu ölkədəki serblərə qarşı tətbiq etdiyi yeni qaydalar səbəb olub.

Liderlərin sabah – avqustun 18-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrellə üçtərəfli görüş keçirəcəkləri planlaşdırılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər