18 C
Baku
Thursday, October 17, 2024

NATO Cənubi Qafqazı Rusiya ilə qarşıdurma meydanına çevirmək istəyir – Zaxarova

NATO-nun Cənubi Qafqazdakı fəaliyyəti, Azərbaycanda və ya Ermənistanda olmasından asılı olmayaraq, dağıdıcı xarakter daşıyır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun Beynəlxalq Hərbi Qərargahının baş direktoru general Yanuş Adamçakın Bakıya son səfərini şərh edərkən deyib.

Zaxarovanın sözlərinə görə, NATO-nun əsl məqsədi regionu Rusiya ilə qarşıdurma meydanına çevirmək, ölkələri bir-birinə qarşı qoymaq, sonra isə bundan faydalanmaqdır. Moskvanın mövqeyi budur ki, regionda qərarlar bu region ölkələrinin özləri tərəfindən qəbul edilməlidir.

Bu kontekstdə Zaxarova qeyd edib ki, “3+3” formatında keçiriləcək danışıqlar bunun mümkünlüyünün əyani təsdiqidir.

Son xəbərlər
Digər xəbərlər