7 C
Baku
Sunday, December 15, 2024

NATO Çin və Belarusa xəbərdarlıq edib

“Biz bu gün Çinə Rusiyaya yardımını dayandırmaq barədə çağırış etdik”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə baş tutan fövqəladə iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

“Pekin iqtisadi və digər sahələrdə Moskvaya dəstəyini dayandırmalıdır. Çin Rusiyaya təzyiq göstərməli və dərhal konstruktiv mövqe ortaya qoymalıdır. Belarus da, həmçinin Rusiya işğalına ortaqlıqdan əl çəkməlidir”, – o bildirib.

Son xəbərlər
Digər xəbərlər