26 C
Baku
Saturday, July 27, 2024

NATO Dağlıq Qarabağda atəşkəs rejiminin bərpa edilməsinə çağırır

NATO Dağlıq Qarabağ ərazisində yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün tərəfləri atəşkəs rejimini bərpa etməyə çağırıb.

Banker.az bu barədə “Ria.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, hal-hazırda təşkilatın baş kativi Jens Stoltenberg Ankarada işgüzar səfərdədir. O, Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ilə danışıqlar aparıb.

“Qarabağdakı vəziyyət bizi çox narahat edir. Mülki əhalinin həlak olduğunu görürük. Bu münaqişə energetika da daxil olmaqla, bütün sahələr üçün risk yaradır. Bu, region və ittifaq üzvləri üçün də təhlükəli bir vəziyyətdir. Münaqişə tərəflərini müharibəni dərhal dayandırmağa və danışıqlar masasına oturmağa çağırırıq”, – deyə Jens Stoltenberg söyləyib.

Son xəbərlər
Digər xəbərlər