12 C
Baku
Sunday, October 27, 2024

NATO dövlətlərinin Müdafiə nazirliklərinin nümayəndələri Ukraynaya görə təcili toplanır

NATO-ya üzv dövlətlərin Müdafiə nazirliklərinin nümayəndələri bu həftə Belçikanın paytaxtı Brüsseldə toplaşacaq.

Məlumatı “The Washington Post” yayıb.

Bildirilib ki, müdafiə nazirliklərinnin nümayəndələri Rusiyanın Ukraynaya ard-arda raket zərbələri fonunda “Ramştayn” formatında çərçivəsində təcili toplanır.

Toplantının dəqiq tarxi məlum deyil. Ukrayna üzrə təmas qrupuna ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi başçılıq edəcək.

Məlumata görə, yaxın günlərdə NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin görüşü də planlaşdırılıb.

Qeyd edək ki, NATO-ya üzv dövlətlər də daxil olmaqla 40-dan artıq ölkə Ukraynaya yardım məqsədi ilə Almaniyanın Ramştayn şəhərindəki ABŞ-ın hərbi bazasında toplantı keçirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər