-3 C
Baku
Sunday, December 15, 2024

NATO Finlandiya və İsveçlə Baltik dənizində hərbi təlimlərə başlayıb

NATO-nun iki həftəlik BALTOPS-22 hərbi dəniz təlimi alyansa qoşulmaq niyyətini açıqlayan Finlandiya və İsveçin iştirakı ilə Baltik dənizində başlayıb.

“PBS”ə istinadən xəbərə görə, təlimlərdə 16 ölkədən 45 gəmi, 75 təyyarə və 7 mindən artıq dənizçi, pilot və dəniz piyadası iştirak edəcək.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli bildirib ki, təlimlərin əsas məqsədi ABŞ və NATO-nun Finlandiya və İsveçlə həmrəyliyini nümayiş etdirməkdir.

Ətraflı
Ad – 00:11
M.Milli vurğulayıb ki, Baltik dənizi “strateji əhəmiyyətli su hövzəsi” və “dünyanın ən böyük gəmiçilik yollarından biridir”.

BALTOPS-22-nin tamamlanması iyunun 17-də Almaniyanın Kiel limanında planlaşdırılır.

Məqalədə:

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər