“Əvvəla, NATO bizə düşmən münasibət bəsləyən və hər gün bunu sübut edən bir təşkilatdır. Təbii ki, biz lazımi tədbirlər görürük”,
Bunu prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib
Kreml ABŞ-ın rəhbərlik etdiyi NATO-nun Rusiya-Ukrayna münaqişəsinə getdikcə daha çox qarışan düşmən təşkilat olduğunu bəyan edib.
Bu şərhlə o, NATO liderlərinin Ukraynaya müasir qərb silahlarının yeni partiyasını təqdim etməsi ilə bağlı bəyanatlarına cavab verib.
“Heç kimə sirr deyil ki, hərbçilərimiz cəbhə xəttində əcnəbi muzdluların dillərinə qulaq asırlar. Bu hadisələrin gedişatını dəyişəcəkmi? Xeyr, dəyişməyəcək. Təkrar edirik: bu, yalnız münaqişəni və Ukrayna xalqının iztirablarını uzada bilər, lakin hadisələrin gedişatını dəyişə bilməz”, – deyə Peskov bildirib.