İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cüzeppe Kavo Draqone NATO Hərbi Komitəsinin yeni sədri seçilib.
Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
“16 sentyabr 2023-cü ildə NATO-nun müdafiə nazirləri NATO Hərbi Komitəsinin hazırkı sədri admiral Rob Bauerin mandatının daha altı ay uzadılması və onun xələfinin İtaliyanın Müdafiə Baş Komandanı admiral Cüzeppe Kavo Draqonenin seçilməsi barədə razılığa gəliblər”, – deyə məlumatda bildirilir.
Sənəddə vurğulanır ki, bu qərar NATO Hərbi Komitəsinin sentyabrın 15-17-də Osloda keçirilən illik konfransında qəbul edilib.