NATO-ya üzv dövlətlərin ordularına xidmət edən hərbi texnikanın ümumi sayı 200 000-dən çoxdur. Bu məsələn, Rusiya kimi bir ölkənin sahib olduğu hərbi texnika sayından üç dəfə çoxdur.
NATO-ya üzv olan dövlətlər arasında ən güclü orduya sahib olan ölkə ABŞ-dır. ABŞ həmçinin dünyada ən güclü orduya sahibdir. İttifaqın bütün hərbi gücünün təqribən üçdə bir hissəsini Amerika hərbçiləri təşkil edir.
Bu ittifaqa üzv dövlətlərin sırasında ən zəif orduya sahib ölkə sözsüz ki, Lüksemburqdur. Lüksemburq həmçinin NATO-ya daxil olan ən kiçik ölkədir. Bu ölkə nə şəxsi donanmaya, nə də hərbi təyyarəyə sahib deyil. Cırtdan ölkənin hərbi xidmətçilərinin sayı cəmi 450 nəfərdir. Bununla yanaşı, ölkənin illik hərbi büdcəsi 370 milyon dollardır. Bu da bir hərbçiyə təqribən 800 000 dolların düşməsi deməkdir.
Avropa ittifaqına daxil olub, NATO-ya üzv olmayan yeganə ölkə Finlandiyadır. Lakin ölkə öz təhlükəsizliyi ilə bağlı narahat olmaya bilər. Çünki o, digər hərbi ittifaqın – NORDEFCO (Nordic Defence Cooperation) üzvüdür. Finlandiya ilə yanaşı bu təşkilata daha 4 Skandinaviya ölkəsi də daxildir. Norveç, Danimarka və İslandiyanı isə yol gətirmək mümkün olmadı. Bu üç dövlət NATO-ya üzvdürlər.
Avropada İrlandiya, Avstriya və İsveçrə də qoşulmamaq statusunu qoruyub saxlamışlar. Lakin bütün bu ölkələr BMT-nin hərbi missiyalarında iştirak edirlər.
NATO-ya üzv olan yalnız 5 ölkə dünya ordularının TOP 10-luğuna daxildir. Global Firepower-in təşkil etdiyi renkinqə görə, bu ölkələr ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Türkiyədir. Qalan 5 ölkə isə Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreyadır.
NATO-ya üzvlük müraciəti rədd edilmiş ilk ölkə SSRİ-dir. Sovet İttifaqı 1954-cü ildə NATO-ya üzvlük əldə etməyə çalışmışdı. Sovet rəhbərliyi bu cəhdini “dünyanı yalnız bu ittifaq formatı ilə qorumağın” mümkün olduğunu iddia etməsi idi.
Lkain ABŞ və Böyük Britaniyanın təşəbbüsü ilə SSRİ-ə rədd cavabı verilir. Britaniyalı və amerikalıların fikrincə SSRİ ilə əməkdaşlıq etmək İttifaqın əsas məqsədlərinə zidd idi. NATO-nun əsas məqsədi isə üzv dövlətləri kommunist ölkələrinin potensial hücumundan qorumaq üçün hərbi klub yaratmaq idi.