NATO İrəvan və Bakı arasında vasitəçi deyil, lakin buna baxmayaraq, danışıqların prinsiplərini dəstəkləyir.
Bunu Alyansın Baş katibi Yens Stoltenberq Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.
“Ermənistan və Azərbaycan fikir ayrılıqlarını aradan qaldıra və davamlı sülhə dair razılığa gələ bilərlər”, – deyə NATO-nun Baş katibi qeyd edib.