8 C
Baku
Thursday, December 12, 2024

NATO İrana çağırış edib

“İranın Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsini dəstəkləməsi Avro-Atlantik təhlükəsizliyə təsir edir”.

Bu barədə Vilnüsdə keçirilən NATO Sammiti çərçivəsində Alyansa üzv ölkələrin dövlət və hökumət başçılarının qəbul etdiyi Kommunikedə bildirilib.

“Biz İranı Rusiyaya hərbi dəstəyini, xüsusən də kritik infrastruktura hücum etmək üçün istifadə edilən və mülki əhali arasında geniş tələfatlara səbəb olan pilotsuz uçuş aparatlarının (PUA) verilməsini dayandırmağa çağırırıq. Biz İranın Müttəfiqlər ərazisindəki pis niyyətli fəaliyyətindən ciddi narahatlığımızı ifadə edirik. Biz həmçinin İranı sabitliyi pozan hərəkətlərdən, həmçinin açıq sularda gəmilərin ələ keçirilməsindən çəkinməyə və regional sabitliyin və sülhün təmin edilməsində konstruktiv rol oynamağa çağırırıq”, Kommunikedə bildirilib.

Son xəbərlər
Digər xəbərlər