“Heç bir ölkə Rusiyanı silahla təmin etməməlidir”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib.
O bildirib ki, silah ehtiyatı azaldığına görə Rusiya digər ölkələrdən silah alır.
Baş katib buna nümunə kimi İrandan alınan silahları göstərib.