22 C
Baku
Thursday, June 26, 2025

NATO liderləri hərbi xərclərin artırılması barədə razılığa gəliblər

NATO ölkələrinin liderləri müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını dəstəkləyib və qısa Zirvə toplantısından sonra bir-birilərini hücumdan müdafiə etməyə sadiq olduqlarını təsdiq ediblər.

ABŞ Prezidenti Donald Trampın tələbinə və Rusiya-Ukrayna münaqişəsindən sonra Avropanın narahatlığına cavab olaraq, NATO-ya üzv dövlətlər müdafiə xərclərinin 2035-ci ilə qədər ÜDM-in 5 faizinə çatdırılması barədə qısa bəyanatı təsdiqləyib.

Bəyanatda deyilir: “Biz Vaşinqton müqaviləsinin 5-ci maddəsində təsbit edildiyi kimi, kollektiv müdafiəyə sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyir və bildiririk ki, üzv dövlətlərin birinə hücum hamıya edilən hücum kimi qiymətləndirilir”.

Donald Tramp çərşənbə axşamı bu bəndin “çox təyinatının” olduğunu söyləməklə digər ölkələr arasında narahatlığa səbəb olub. Lakin ABŞ Prezidenti sammitin açılışına az vaxt qalmış NATO üzvü olan həmkarları haqqında deyib: “Biz sonuna qədər onlarlayıq”.

Sənəddə qeyd olunub ki, NATO ölkələri “təhlükəsizliyi bizim təhlükəsizliyimizə töhfə verən Ukraynanı dəstəkləmək üçün davamlı suveren öhdəliklərini bir daha təsdiqləyir”. Bununla bağlı bəyanatda bildirilib ki, Alyansa üzv ölkələr “müttəfiq ölkələrin müdafiə xərclərini müəyyən edərkən Ukraynanın müdafiəsinə və onun müdafiə sektoruna birbaşa töhfələr verəcək”.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər