NATO-ya üzv ölkələrin müdafiə nazirləri Brüsseldə görüşəcək.
Bu barədə NATO-nun saytında qeyd olunub.
Bildirilib ki, alyansın müdafiə nazirləri Madriddə keçiriləcək sammitə hazırlıq üçün iyunun 15 və 16-da görüşəcəklər.
“Finlandiya, İsveç, Gürcüstan, Ukrayna və Aİ də iclasda təmsil olunacaq”, deyə məlumatda bildirilir.