Bu gün Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək.
Sabah da davam edəcək görüşdə alyansın müdafiə və çəkindiricilik imkanlarının gücləndirilməsi, Ukraynaya dəstək məsələlərinin müzakirə ediləcəyi bildirilib. NATO Baş katibi Yens Stoltenberq qeyd edib ki, iclasda digər məsələlərlə yanaşı alyansın Rusiyanın təhdidinə məruz qalan tərəfdaş ölkələrə – Gürcüstan, Bosniya-Hersoqovina və Moldovaya praktiki yardımı da müzakirə ediləcək.