İyunun 15-16-sı Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək.
Bu barədə məlumatı NATO yayıb.
Məlumata görə, iclas Ukrayna, Gürcüstan, Finlandiya və İsveç nümayəndələrinin iştirakı ilə baş tutacaq.
Bununla belə, iyunun 15-i Ukrayna ilə bağlı təmas qrupunun iclası da keçiriləcək. Tədbirlərin detallı gündəliyi iclasın başlama tarixlərinə yaxın açıqlanacaq.