NATO-nun Baş katibi Yens Stoltenberqə COVID-19 diaqnozu qoyulub. Banker.az xəbər verir ki, bu barədə alyansın sözçüsü məlumat verib. Cənab Stoltenberq hal-hazırda evdən çalışır.
“Brüsseldə olan NATO rəhbəri yüngül simptomlar keçirir və Belçikanın təsdiq etdiyi tibbi tövsiyələrə uyğun olaraq yaxın günlərdə distant çalışacağını söyləyir”, – deyə mesajda bildirilir.