1 C
Baku
Saturday, December 14, 2024

NATO-nun Baş katibi: “Rusiya bütün qoşunlarını Ukraynadan çıxarmalıdır”

“Rusiya bütün qoşunlarını Ukraynadan çıxarmalı və dərhal diplomatiya yoluna qayıtmalıdır”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüssel şəhərində baş tutan fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Alyans Ukraynaya dəstəyini artırıb: “Bu gün ciddi bir böhranla üz-üzəyik. Bizim əsas vəzifəmiz üzvlərimizin təhlükəsizlyini təmin etməkdir. Ukraynadakı durumun digər ölkələrə yayılmamasını istəyirik. Bu, daha təhlükəli olar”.

NATO-nun Baş katibi Ukrayna dövləti və xalqının Rusiya işğalına qarşı müqavimətini yüksək qiymətləndirib: “Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin gücünü ciddi qəbul etmədi. Əlbəttə, Ukraynaya dəstəklər də davam edir. Volodimir Zelenskinin cəsarəti sayəsində Ukrayna xalqı çox inamlı davranır. Göstərilən yardımlar çox mühümdür. Dəstəyimizi artıracağıq. 2014-cü ilə nisbətədn Ukrayna ordusunda çox inkişaf var”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər