9 C
Baku
Friday, December 13, 2024

NATO-nun fövqəladə iclası başlayır

NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü başlayır.

Toplantı Belçikanın paytaxtı Brüsseldə Alyansın mənzil qərargahında keçiriləcək.

XİN başçıları Ukraynadakı son vəziyyəti müzakirə edəcəklər. Rəsmi bildirişdə NATO xarici işlər nazirləri arasında müzakirənin konkret mövzusu göstərilmir, lakin Brüsseldəki mənbələr və media nazirlərin görüşünün məqsədinin Qərb ölkələrinin Ukrayna hadisələri ilə bağlı fəaliyyətlərini, xüsusilə rəsmi Kiyevə dəstəyin koordinasiya etmək olduğunu bildirib.

Qeyd edək ki, fövqəladə iclasda Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu da iştirak edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər