NATO-nun 2023-cü il üçün hərbi büdcəsi cari illə müqayisədə 25,8% artırılaraq 1,96 milyard avroya qaldırılıb.
Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
“Müttəfiqlər çərşənbə günü Şimali Atlantika Şurasının iclasında NATO-nun 2023-cü il üçün mülki və hərbi büdcələri barədə razılığa gəliblər. Mülki büdcə 370,8 milyon avro, hərbi büdcə isə 1,96 milyard avro səviyyəsində müəyyən edilib ki, bu da 2022-ci illə müqayisədə 27,8% və 25,8% çoxdur”, – mətbuat xidmətinin bəyanatında deyilir.