NATO ölkələri indiyədək Ukraynaya 65 milyard avro yardım edib.
Bunu Alyansın Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, aprelin 4-5-də NATO-nun xarici işlər nazirləri Ukraynaya çoxillik dəstək proqramının hazırlanmasının başlanmasını müzakirə edəcəklər: “Alyansın məqsədi gələcəkdə belə silahlı təcavüzün təkrarlanmaması üçün Ukraynanın müdafiəsini təmin etməkdir”.
Qeyd edək ki, aprelin 4-5-də Belçikanın paytaxtı Brüsseldə NATO XİN başçılarının iclası keçiriləcək.