11 C
Baku
Monday, November 25, 2024

NATO-nun yeni Baş katibi Boris Conson ola bilər

Böyük Britaniyanın istefa vermiş Baş naziri Boris Conson NATO-nun yeni baş katibi ola bilər.

Bunu Britaniyanın “The Telegraph” nəşri yazıb.

“İstefadan sonra çətin ki, Conson yüksək vəzifədə olmasın. Xüsusilə onun güclü liderlik keyfiyyətlərini, Ukraynaya verdiyi ciddi dəstəyi nəzərə almaq lazımdır”, – məqalədə qeyd olunub.

Britaniya Müdafiə Komitəsinin üzvləri də B.Consonun NATO-nun baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsini dəstəkləyir.

Britaniya Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Riçard Dannar isə hesab eidr ki, B.Conson istefasını elan etdiyi üçün ətrafında yaranan qalmaqallar siyasətçiyə olan inamı sarsıda bilər. O, B.Consonu şəxsi keyfiyyətlərinə görə NATO-nun baş katibi kimi görmür, lakin Ukraynaya dəstəyini fantastika kimi qiymətləndirir.

Nəşrin Britaniya Müdafiə Nazirliyindəki mənbəsi isə B.Consonun Alyansın baş katibi vəzifəsinə təyin olunmasına şübhə ilə yanaşır. Adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, Fransa Prezidenti Emmanuel Makron belə bir təyinata veto qoya bilər: “Reallıq budur ki, NATO rəsmiləri yekdil qərarla təyin olunur. İstənilən ölkə buna veto qoya bilər”.

Qeyd edək ki, hazırda NATO-nun Baş katibi Yens Stoltenberqdir. Norveçli diplomat bu vəzifəyə 2014-cü ildə təyin olunub. Bu il martın 24-də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi ilə əlaqədar olaraq NATO-ya üzv ölkələr Y.Stoltenberqin 2023-cü il sentyabrın 30-dək bu vəzifədə qalmasına qərar veriblər.

Xatırladaq ki, Boris Conson iyulun 7-də istefa verib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər