27.4 C
Baku
Monday, July 22, 2024

NATO ölkələrinin XİN rəhbərləri toplanacaq

Aprelin 6-7-də NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək.

Bu barədə Alyansın saytında məlumat yayılıb.

Bildirilib ki, iclas NATO-nun Brüsseldəki baş qərargahında baş tutacaq.

NATO-nun Baş katibi Yens Stoltenberqin rəhbərlik edəcəyi iki sessiyadan ibarət iclasın birinci hissəsinə Avstraliya, Finlandiya, Gürcüstan, Yaponiya, Koreya Respublikası, Yeni Zelandiya, İsveç və Ukraynanın xarici işlər nazirləri, habelə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi dəvət olunublar.

 

 

Son xəbərlər
Digər xəbərlər