2 C
Baku
Saturday, December 14, 2024

NATO ölkələri Stoltenberqin səlahiyyətlərini yenidən uzadıb

Yens Stoltenberqin NATO-nun baş katibi kimi mandatı daha bir il 2024-cü il oktyabrın 1-dək uzadılıb, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

“NATO müttəfiqlərinin baş katib səlahiyyətlərimin 2024-cü il oktyabrın 1-nə qədər uzadılması qərarını qəbul etməkdən şərəf duyuram”, – deyə cənab Stoltenberq sosial şəbəkədə yazıb.

Bununla yanaşı, Stoltenberq vurğulayıb ki, Avropa ilə Şimali Amerika arasında transatlantik əlaqə 75 ilə yaxındır ki, alyans üzvlərinin azadlığını və təhlükəsizliyini təmin edir.

Stoltenberq 2014-cü ilin martında NATO-nun baş katibi və aylans Şurasının sədri təyin edilib. O, həmin ilin oktyabrında vəzifəsinin icrasına başlayıb. Əvvəlcə Stoltenberqin səlahiyyət müddətinin 2018-ci ildə başa çatacağı planlaşdırılsa da, o vaxtdan bəri iki dəfə iki il müddətinə uzadılıb.

Son xəbərlər
Digər xəbərlər