10 C
Baku
Friday, December 13, 2024

NATO ölkələri Ukraynaya 98 mlrd. dollarlıq silah tədarük edib

Pentaqonun rəhbəri Lloyd Austin bildirib ki, NATO ölkələri 2022-ci ildən bəri Ukraynaya 98 milyard dollar dəyərində silah tədarük edib. O, Ukraynaya hərbi yardımın getdikcə daha da artacağına ümid etdiyini bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq iclas başlamazdan əvvəl bildirib ki, alyans ölkələrinin müdafiə nazirliklərinin rəhbərləri toplantıda Rusiyanın müttəfiq ölkələrindəki “təxribat fəaliyyətləri” də daxil olmaqla, mübarizə aparmaq üçün yeni tədbirləri müzakirə edəcəklər.

Mayın 20-də Ukraynaya silah tədarükünün əlaqələndirilməsi üzrə təmas qrupunun 22-ci iclası keçirilib. Pentaqonun rəhbəri Lloyd Austin deyib ki, silah tədarükü gələcəkdə hərbi əməliyyatların gedişinə həlledici təsir edəcək.

Son xəbərlər
Digər xəbərlər