17 C
Baku
Monday, April 29, 2024

NATO Polşada silah anbarları yaradacaq

Şimali Atlantika Alyansı Polşada təhlükə anında ölkəyə köçürülə bilən qüvvələr üçün silah anbarlarının yerləşdirilməsi ilə bağlı qərarlar qəbul edib.

Bunu çərşənbə günü Polşa prezidenti Anjey Duda NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “NATO-nun silah anbarları bütün infrastrukturu onlarla birlikdə daşımaq üçün deyil, yalnız əsgərlərin köçürülməsi üçün lazımdır”.

“Müvafiq qərar qəbul edilib. Bizim də anbarlarımız olacaq. Onlar doldurulacaq”, – Duda bildirib. O əlavə edib ki, bu anbarlardan şərq cinahda yerləşən bütün ölkələr istifadə edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər