28 C
Baku
Saturday, August 13, 2022

NATO rəsmi olaraq İsveç və Finlandiyanı alyansa qoşulmağa dəvət edib

NATO ölkələrinin liderləri rəsmi olaraq İsveç və Finlandiyanı alyansa qoşulmağa dəvət ediblər, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Onlar həmçinin bildiriblər ki, Finlandiya və İsveçin təhlükəsizliyi NATO üçün “prioritetdir”.

Xatırladaq ki, daha əvvəl Türkiyə, İsveç və Finlandiya nümayəndə heyətləri Madriddəki görüşdən sonra Türkiyənin təhlükəsizlik sahəsində tələblərini nəzərə alan saziş imzalayıblar. NATO-nun Baş katibi Yens Stoltenberqin sözlərinə görə, Skandinaviya ölkələrinin liderləri Kürdüstan Fəhlə Partiyasının fəaliyyətini qadağan etməklə və terrorçuluqda şübhəli bilinən şəxslərin ekstradisiyası ilə bağlı Ankara ilə müqavilə bağlamaqla Türkiyənin milli təhlükəsizliyinə təhdidlərin aradan qaldırılması üçün qanunvericiliyin dəyişdirilməsinə razılaşıblar.

Son xəbərlər
Oxşar xəbərlər