7 C
Baku
Saturday, December 3, 2022

NATO: “Rusiya nüvə silahından istifadə etsə, cavab tədbiri görəcəyik”

“NATO Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə halına qarşı cavab variantları hazırlayıb”.

Bunu Alyansın Ali Baş Komandanının müavini general Kris Badia deyib.

Onun sözlərinə görə, Alyans tez və qətiyyətlə hərəkət etməyə hazırdır: “NATO Rusiyanın nüvə silahı ilə bağlı təhdidlərini ciddi qəbul edir. Alyans bütün ssenarilərə hazırdır”.

Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev ölkəsinin özünü müdafiə etmək üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadəyə hazır olduğunu bildiriblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X