23 C
Baku
Tuesday, April 23, 2024

NATO Rusiyanın hərəkətlərini təhdid adlandırıb

NATO Rusiyanın hərəkətlərini ittifaq üçün təhlükə adlandırıb.

RİA Novosti xəbər verir ki, bu barədə NATO ölkələrinin xarici işlər nazirləri səviyyəsində Brüsseldə keçirilən ilk günün toplantısından sonra verilən açıqlamada bildirilib.

Qeyd edilib ki, Rusiyanın aqressiv hərəkətləri Avroatlant alyansın təhlükəsizliyi üçün təhdiddir. Bəyanatda o da vurğulanıb ki, bu fonda transatlantik tərəfdaşlıq müttəfiqlərin kollektiv müdafiəsinin açarı olaraq qalacaq.

Eyni zamanda bildirilib ki, NATO yalnız müdafiə ittifaqı olduğunu, heç bir ölkəyə təhlükə yaratmadığını israr edir.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər