13 C
Baku
Şənbə, May 21, 2022

NATO Rusiyanın təkliflərinə cavab göndərəcək – Həftənin sonuna qədər

“NATO ABŞ-la paralel olaraq Rusiyanın təhlükəsizliyin təminatı sazişi layihələrinə cavablarını göndərəcək”.

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq “CNN” kanalının efirində bildirib.

“NATO-nun yazılı sənədinin hazırlanmasını yekunlaşdırırıq. Sənədi bu həftənin sonunda göndərəcəyik. Biz bunu ABŞ-la paralel edəcəyik” – deyə Yens Stoltenberq bildirib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə ABŞ və NATO arasında təhlükəsizlik təminatlarına dair saziş layihələrini dərc edib. Sənədlər Vaşinqtona və onun müttəfiqlərinə verilib.

Report

Son xəbərlər
Oxşar xəbərlər