21 C
Baku
Wednesday, June 26, 2024

NATO sammiti – 30 ölkənin lideri bir araya gəlir

İspaniyanın NATO-ya qəbul olmasının 40-cı ildönümü ərəfəsində (29-30 iyun) Madriddə Şimali Atlantika Alyansının tarixi sammiti keçiriləcək.

Madrid tarixdə ikinci dəfə NATO sammitinə ev sahibliyi edəcək.

Sammitdə 30 müttəfiq ölkənin dövlət və hökumət başçıları, Alyansın əsas tərəfdaşları bir araya gələcək.

Toplantı da ABŞ Prezidenti Co Baydenin iştirakı gözlənilir. Bundan əlavə, Ukrayna Prezidenti Volodimir Zelenski sammit iştirakçılarına videokonfrans vasitəsilə müraciət edəcək.

Məlumata görə, NATO müttəfiqləri təhlükəsizlik məsələlərini, o cümlədən Ukraynada hərbi əməliyyatları, NATO-nun yeni Strateji Konsepsiyasına dəstək məsələləri müzakirə edəcəklər.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər