NATO-nun Baş katibi Yens Stoltenberq 2023-cü ilin sentyabrında başa çatacaq səlahiyyət müddətini uzatmaq niyyətində deyil.
Bu barədə NATO-nun sözçüsü Oana Lungesk bildirib.
Stoltenberq 9 ilə yaxındır ki, baş katibdir. O, artıq üç dəfə mandatını yeniləyib.
Eyni zamanda, yanvarın sonunda “Politico” qəzeti Stoltenberqin postunda qalmaq istədiyini yazıb.