Şimali Atlantika Alyansı Ukraynadakı hərbi münaqişənin uzanacağını gözləyir.
Bu barədə Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən “Rumıniyanın modernləşdirilməsində NATO və Avropa İttifaqının rolu” adlı konfransda NATO baş katibinin müavini Mirça Coana bildirib.
“Təəssüf ki, biz uzun sürən münaqişə proqnoz edirik. Getdikcə hər iki tərəfin itkiləri əhəmiyyətli dərəcədə çoxalacaq. Müharibənin gedişində qoşunların kiçik yerdəyişməsi hiss ediləcək”,- deyə Mirça Coana qeyd edib.
NATO rəsmisi gələn həftə Madriddə keçiriləcək NATO sammitini tarixi hadisə adlandırıb.
“Biz NATO-nun şərq cinahında mövcudluğunu gücləndirmək üçün çalışacağıq”,- deyə Coana əlavə edib.