NATO Ukraynanın tələbi ilə təcili iclas keçirəcək

NATO Kiyevin tələbi ilə alyansın təcili iclasını keçirəcək.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba məlumat yayıb.

“NATO ölkələri Ukraynanın Ukrayna-NATO Şurasının fövqəladə iclasının keçirilməsi ilə bağlı tələbini dəstəkləyib”, – mesajda deyilir.

Onun sözlərinə görə, əsas müzakirə mövzularından biri Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi olacaq. Lakin o, görüşün tarixini dəqiqləşdirməyib.

Son xəbərlər
Digər xəbərlər