ABŞ-ın müdafiə naziri Lloyd Ostin NATO-nun Ukraynaya göstərdiyi hərbi yardımın həcmini açıqlayıb.
Pentaqon rəhbəri bu barədə Ramşteyn toplantısından əvvəl mətbuata danışıb.
“Konfliktin başlanğıcından bəri NATO Ukraynaya 55 milyard ABŞ dolları həcmində hərbi yardım edib”, – deyə o bildirib.
Qeyd edək ki, Ramşteynin gündəmində Ukrayna üçün HHM və hərbi aviasiya məsələləri var.