12 C
Baku
Saturday, November 23, 2024

NATO Ukraynaya görə sovet nümunələri əsasında mərmilərin istehsalını artırıb

NATO Şərqi Avropada Ukrayna üçün zəruri olan sovet dövrünə aid nümunələr əsasında silahların və mərmilərin istehsalını artırıb.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq alyansa üzv olan ölkələrin XİN rəhbərlərinin 29-30 noyabr tarixlərində Budapeştdə keçiriləcək iclasına həsr olunmuş mətbuat konfransında deyib.

Baş katib Almaniyanın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərini verməyə etiraz etməsini şərh edərkən Ukrayna ordusunun arsenalında daha çox sovet dövrünə aid artilleriyanın olmasına diqqət çəkib.

“Biz görürük ki, sovet dövrünə aid nümunələr əsasında Şərqi Avropada istehsal olunan silah və sursatların çeşidləri nəzərəçarpacaq dərəcədə genişlənib. NATO Ukraynaya təcili surətdə lazım olan bu tip silah-sursatların istehsal həcmini xeyli artıra bilib. Buna səbəb ölkənin arsenalında xeyli sayda sovet dövrünə aid artilleriyanın mövcud olmasıdır. Bu artilleriya qurğuları üçün həm sursat, həm də ehtiyat hissələri lazımdır”, Stoltenberq deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər