27 C
Baku
Monday, June 27, 2022

NATO Ukraynaya hərbi dəstəyi artırır

NATO Ukraynaya hərbi, humanitar və maliyyə sahələrində yardımı gücləndirir.

Bunu alyansın baş katibi Yens Stoltenberq NBC televiziyasına müsahibəsində deyib:

“NATO müttəfiqləri Ukraynaya silah tədarükü, humanitar yardımı, eləcə də onun iqtisadiyyatına milyardlarla dollarlıq yardım vasitəsilə dəstəyini artırır”, – deyə təşkilat rəhbəri bəyan edib.

O, qeyd edib ki, alyansın üzvü olan ölkələr Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edirlər ki, bu da Moskvanın Ukraynaya qarşı əsassız və tamamilə mənasız müharibənin əvəzini ödəməsi məqsədi daşıyır.

Həmçinin, Stoltenberq vurğulayıb ki, NATO Ukraynadakı münaqişənin bu ölkənin hüdudlarından kənara çıxmamasını təmin etmək niyyətindədir. Məhz buna görə də, alyans şərq cinahında qüvvələrini artırıb.

Son xəbərlər
Oxşar xəbərlər