6 C
Baku
Sunday, December 15, 2024

NATO Ukraynaya hərbi və maliyyə yardımı göstərməyə davam edəcək

“NATO müttəfiqləri Ukraynaya əhəmiyyətli hərbi və maliyyə yardımı göstərməyə davam edəcək”.

Bunu NATO Baş katibi Yens Stoltenberq Serbiyanın “Kurir” nəşrinə müsahibəsində deyib.

“NATO təhlükəsiz rabitə vasitələri, yanacaq, tibbi ləvazimatlar və zirehli jiletlər, minalara qarşı avadanlıqlar, kimyəvi və bioloji təhlükələrə qarşı avadanlıqlar, həmçinin yüzlərlə portativ pilotsuz uçuş aparatlarının əleyhinə sistemlər daxil olmaqla hərtərəfli yardım paketi təqdim edəcək”, – o bildirib.

Baş katib Stoltenberq əlavə edib ki, NATO uzunmüddətli perspektivdə Ukraynaya Sovet dövründən qalma texnikadan NATO-nun müasir avadanlıqlarına keçidinə, qarşılıqlı əməkdaşlığın təkmilləşdirilməsinə, müdafiə və təhlükəsizlik institutlarının daha da gücləndirilməsinə kömək edəcək.

NATO Baş katibi qeyd edib ki, alyans yeni reallıqlara adaptasiya olmaq barədə Madrid sammitində qərarlar alıb.

“Biz yeni təhlükəsizlik reallığına cavab vermək üçün müdafiə və çəkindirmə gücümüzü əhəmiyyətli dərəcədə artırmaq barədə Madriddə razılığa gəldik. Bu, müdafiə xəttimizi gücləndirmək, NATO-nun şərq hissəsindəki döyüş qruplarını təkmilləşdirmək, habelə sürətli reaksiya qüvvələrinin üzvlərinin sayını 300 mindən çox artırmaq deməkdir”, – NATO Baş katibi deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər