NATO-nun Baş katibi Yens Stoltenberq NATO ölkələrinin Ukraynaya tank və digər müasir silahların göndərilməsi ilə bağlı məsləhətləşmələr apardığını təsdiqləyib.
Bu barədə NATO-nun Baş katibi Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.
“NATO Ukraynaya əsas döyüş tanklarının tədarükü ilə bağlı məsləhətləşmələr aparır”, – o deyib.
Y.Stoltenberq həmçinin bildirib ki, Ukraynaya təkcə tanklar deyil, həm də hava hücumundan müdafiə sistemləri, ehtiyat hissələri, döyüş sursatı və artıq bu ölkəyə göndərilən texnikanın texniki xidməti lazımdır.